BMT Livana 50 min ton un göndərəcək

BMT Livana 50 min ton un göndərəcək
 

BMT-nin Ümumdünya Ərzaq Proqramı Livanda ərzaq qıtlığı ilə mübarizə çərçivəsində 50 min ton buğda unu göndərəcək.

Sfera.az xəbər verir ki, paytaxt Beyrutun limanında baş vermiş güclü partlayış zamanı taxıl anbarlarının dağılması nəticəsində ölkə ərzaq qıtlığı ilə üz-üzə qalıb.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru bildirib ki, Beyrut limanı iki həftə ərzində fəaliyyətini bərpa etməsə, ölkədə çörək qurtaracaq.

 

Eyni zamanda sığorta şirkətləri partlayış nəticəsində dəyən ziyanın 3 milyard dollara yaxın olduğunu hesablayıb.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış nəticəsində azı 154 nəfər həlak olub, təxminən 5 min nəfər yaralanıb. Onlarla şəxs itkin düşüb, 300 min nəfər evsiz qalıb.


OXŞAR XƏBƏRLƏR