Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI

Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI

Mixək İndoneziya, Hindistan, Pakistan və hətta Şərqi Afrika, Asiya ölkələrinə məxsus ədviyyatlardan biridir.

Dünyada müxtəlif məqsədlərlə istifadə edilən mixək, bizim ölkəmizdə əsasən ətirli vasitə kimi istifadə edilir. Amma mixəyin başqa faydalı özəllikləri də var.

Daha yaxşı həzm

Mixək həzm enzimlərinin istehsalını artıraraq həzmi yaxşılaşdırır. Mixək, həmçinin, köp, mədə narahtlığı və bulantını azaltmaq üçün də olduqca faydalıdır. Həzmi yaxşılaşdırıcı özəlliklərindən faydalana bilmək üçün qovrulur, toz halına gətirilir və ya bal ilə birlikdə istifadə edilir.

Antibakterial özəlliklər

Mixəyin insan patogenlərinə qarşı antibakterial özəllik daşıyıb-daşımadığı yoxlanılıb. Mixək zərərli patogenləri öldürəcək qədər təsirli olub. Mixək ekstraktları xolera yayan spesifik bakteriyalara qarşı da təsirlidir.

Xərçəngin qarşısını alır

Aparılan araşdırmalar zamanı mixəyin xərçəngin qarşısını alan təsiri olduğu ortaya çıxıb. Mixəklə bağlı aparılan testlər nəticəsində ağciyər xərçəngini erkən dövrlərdə müalicə etdiyi müəyyənləşib.

Qaraciyəri qoruyur

Mixək tərkibindəki sərbəst radikalların inkişafını əngəlləyən xüsusiyyətlə qaraciyəri zərərli təsirlərdən qoruyacaq yüksək miqdarda antioksidant tərkiblidir.

Şəkər xəstələrinə kömək edir

Diabet xəstələrində bədən tərəfindən istehsal olunan insulin miqdarı ya kifayət deyil, ya da heç istehsal olunmur. Aparılan araşdırmalar mixəkdən əldə edilən ekstraktların insulini müəyyən halda təqlid etdiyi və qan şəkəri səviyyəsini kontrol etməkdə yardımçı olduğunu ortaya qoyub.

Sümük qoruma

Mixəyin tərkibindəki bəzi elementlər osteoporoz halında sümük qalınlığını və sümüyün mineral tərkibini mühafizə edir.

 

İmmuniteti artırır

Mixək immunitet sistemini qorumaqda və inkişaf etdirməkdə olduqca təsirlidir. Mixək çayı ağ qan hüceyrə sayını artırır və immunitet sistemini gücləndirən əhəmiyyətli birləşmələri daşıyır.

Ağrını azaldır

Mixək anti-inflamatuar və ağrıkəsici xüsusiyyətə malikdir. Anti-inflamatuar özəlliyinin ağrı reseptorlarını xəbərdar edərək ağrını azaltma qabiliyyəti olduğu da təyin edilib.

Ağız xəstəliklərinin müalicəsi

Mixək tumurcuğu müxtəlif ağız xəstəliklərindən cavabdeh olan oral patogenlərin böyüməsini önəmli ölçüdə kontrol edir. Mixək ağrıkəsici özəlliklərindən dolayı diş ağrısı üçün də istifadə edilə bilər.

Afrodizyak xüsusiyyətləri

Mixək üzərində aparılan araşdırmalar zamanı onda afrodizyak xüsusiyyətlər (cinsi həvəsi artıran) olduğu ortaya çıxıb.

Baş ağrısına qarşı müalicə

Bir stəkan südün içərisinə bir-iki dənə mixək və bir az duz əlavə edib qarışdırın. Bu, baş ağrısını sürətli şəkildə aparmağa kömək edir.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...