Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - Video

Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - Video
Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur.

Sfera.az Qafqazinfo-dan aldığı məlumata görə, həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının qızı - bu gün 15 yaşı tamam olacaq Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib.

 

Əməkdaşlarımızla həmsöhbət olan 41 yaşlı R.Əsgərov bildirib ki, hazırda yaralı olan anası və oğlunun 5 ailə üzvlərinin həlak olmasından xəbəri yoxdur.

Ailəsi məhv olan müsahibimiz onu da bildirib ki, Narinin atası hərbçi imiş: "Hələ də özünə gəlməyib, bütün günü Narinlə yoldaşının adını çəkir”. 

Onu da qeyd edək ki, ötən gün Narinin dəfni zamanı ürəkləri dağlayan, kəfənə bükülən cəsədi ilə fotosu olan şəxs Rövşənin qardaşı Teymur Əsgərovdur...





OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...