Bir cümləlik reklam mətnində 14 hərf səhvi – “Paulaner” şirkətindən Azərbaycan dilinə hörmətsizlik

Bir cümləlik reklam mətnində 14 hərf səhvi – “Paulaner” şirkətindən Azərbaycan dilinə hörmətsizlik

Azərbaycanda mal və xidmətlərin çeşidi genişləndikcə rəqabət də artır. Hər kəs öz məhsulunu və xidmətini reklam etməyə, bu yolla da gəlirini artırmağa çalışır. Ancaq reklamlar heç də həmişə gözlənilən effekti vermir. Bunun əsas səbəblərindən biri isə reklamların anlaşılmaz, yad, Azərbaycan dilinin qrammatikasına uyğun olmayan şəkildə təqdimatıdır. Televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinən söz və ifadələr, həmçinin, cümlələr nəinki dilimizin qaydalarına uyğun gəlmir, bəzən kobud səhvlərlə müşaiyyət olunur.


Sfera.az-ın məlumatına görə, növbəti belə biabırçı hal 1 İyun tarixində Paulaner şirkəti adından mobil operatorlar tərəfindən istifadəçilərə yönləndirilən bir cümləlik kütləvi sms reklamında yaşanıb. Belə ki, həmin bir cümləlik reklam mətnində nə az, nə çox – düz 14 hərf səhvinə yol verilib.


Fotodan da göründüyü kimi mətndə Azərbaycan dilinin tələbləri kobud şəkildə pozulmuş, dilimizin orfoqrafik üslubuna zidd olaraq yazılmış cızma-qara fərqinə varmadan kütləvi şəkildə mobil operatorlar tərəfindən istifadəçilərə göndərilmişdir.


Dövlət Reklam Agentliyini Ana dilimizin tələblərinin pozulduğu bu və bu kimi başqa hallarla bağlı ciddi tədbir görməyə çağırırıq.

 

 

Orxan


OXŞAR XƏBƏRLƏR