Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA
11:19 / 19.11.2021
1456
2019-cu ilin son
günlərində həyatımıza daxil olan koronavirusla bağlı sevindirici xəbər Bill
Qeytsdən gəlib.
Sfera.az xəbər
verir ki, dünyanı COVID-19 kimi bir
epidemiyaya qarşı xəbərdar edən və haqlı çıxan Bill Qeyts pandemiyanın nə vaxt
bitəcəyini də açıqlayıb.
Bill Qeyts
pandemiya ilə bağlı adı ən çox hallandırılan şəxslərdən biridir. Çünki adı
sui-qəsd nəzəriyyələri ilə hallanan Qeyts pandemiya xəbərdarlığını əvvəlcədən
etmişdi. 2015-ci ildə koronavirusa bənzər
bir epidemiyaya hazır olmadığımızı bildirən və bununla bağlı xəbərdarlıq edən Qeytsi
tarix haqlı çıxarmışdı.
İndi isə Bill Qeyts
2022-ci ilin ortalarına qədər koronavirusla əlaqəli ölümlərin çox aşağı səviyyədə
olacağını gözlədiyini söyləyib. "Gələn ilin ortalarında təhlükəli
variantların ortaya çıxacağını düşünmürəm" deyən Qeyts, COVID-19 səbəbiylə
ölüm və yoluxma nisbətlərinin 2022-ci ilin ortalarına qədər mövsümi qrip səviyyəsinə
çatacağına inandığını bildirib.
COVID-19-a qarşı
başladılan layihələrə maliyyə dəstəyi verən milyarder bu çərçivədə milyonlarla
dollar xərcləyib.
Əzizə Zeynal