Bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHI

Bəzi diaqnostika mərkəzləri rayon xəstəxanalarına birləşdirilir - SİYAHI
Azərbaycanda bəzi müalicə diaqnostika mərkəzləri rayonşəhər mərkəzi xəstəxanalarına birləşdiriləcək.

Sfera.az xəbər verir ki, Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər 7 belə mərkəz xəstəxanalara birləşdirilib. Bundan sonra isə 4 belə mərkəzin birləşdirilməsi nəzərdə tutulub. Həmin tibb müəssisələri aşağıdakılardır:

- Şirvan Müalicə Diaqnostika Mərkəzi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına
- Qazax Müalicə-Diaqnostika Mərkəzi Qazax Rayon Mərkəzi Xəstəxanasına
- Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına
- Tovuz Hemodializ və Diaqnostika Mərkəzi Tovuz Rayon Mərkəzi Xəstəxanasına

Bildirilib ki, agentlik bu il səhiyyə sistemində bir çox islahatlar həyata keçirib. Aparılan islahatların məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir: "Bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq".

Qeyd edək ki, struktur dəyişiklikləri nəticəsində indiyədək aşağıdakı müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarına birləşdirilib:

- Lənkəran Müalicə-Diaqnostika Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
- Qəbələ Müalicə-Diaqnostika Mərkəzi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına
- Füzuli Müalicə-Diaqnostika Mərkəzi Füzuli Rayon Mərkəzi Xəstəxanasına
- Quba Müalicə-Diaqnostika Mərkəzi Quba Rayon Mərkəzi Xəstəxanasına
- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına
- Zaqatala Müalicə-Diaqnostika Mərkəzi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
- Şamaxı Müalicə-Diaqnostika Mərkəzi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına

Bakı şəhəri üzrə tibb müəssisələrində aparılan struktur dəyişikliklər Ailə Sağlamlıq Mərkəzlərinin və tibb mərkəzlərinin yaradılması, habelə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərin bəzilərinin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır. Ailə Sağlamlıq Mərkəzləri ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə yaradılır. Bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.

Tibb mərkəzləri ilə bağlı məsələyə gəldikdə isə aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərində aşağıdakı struktur dəyişikliyi həyata keçirilib:

- Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirlib.

- Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.

- Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.

Bununla yanaşı, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Respublika Stomatoloji Mərkəzi, Müharibə Veteranları Xəstəxanası və Yazıçılar Poliklinikası "Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.

Habelə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla "Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxs yaradılıb. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanası "Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin strukturuna verilib.

Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təzhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir. Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...

Mətbuat Şurası Rövşən Cahangirovla bağlı məlumat yaydı

Mətbuat Şurası Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun jurnalistlərə hücumu ilə bağlı məlumat yayıb. Sfera.az xəbər verir ki, məlu...

Yeni ildə 5 gün İŞ OLMAYACAQ – MÜDDƏT uzadıla bilərmi?

31 dekabr Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı günlər qalıb.  Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub. ...

"Omikron" ştamı Azərbaycanda da aşkarlandı? - RƏSMİ

"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb". Sfera.az xəbər verir ki, bunu  açıqlamasında Tibbi Ərazi Bölmələrini...

Yoluxanların bu günə olan statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabin...

Küçə ticarəti ilə məşğul olanlar cərimələnir - FOTOLAR

Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən bi...