Beyləqanda inək qəzasına gedən yol polisləri atı vurdu

Beyləqanda inək qəzasına gedən yol polisləri atı vurdu

Bir neçə gün əvvəl Beyləqan yol polisinin əməkdaşları qəza törədiblər. 

Sfera.az Criminal.az-a istinadən xəbər verir ki, hadisə Daşburun-Bəhramtəpə yolunda, "Beyləqan bulağı" adlanan ərazidə baş verib. 

Xəbərə görə, yol polisinin 99 YP 636 dövlət nömrə nişanlı "BMW" markalı avtomobili sürücünü təqib edib. Bu zaman yol polisinin avtomobili atla toqquşub. Zərbədən avtomobil yararsız hala düşüb.

Xəbərdə deyilir ki, qəzaya düşən patrul maşını həmin ərazidə xidmətdə olmayıb. Özləri sürət həddini keçərək qəza şəraiti yaradıblar. 

Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bildirib ki, yol patrul əməkdaşları qəza yerinə gedərkən atla toqquşub: "Jiquli inəklə toqquşmuşdu. Bizim əməkdaşlar da həmin hadisə yerinə gedərkən atla toqquşublar. Qəza sənədləşdirilərək lazımi qurumlara məlumat verilib, atın sahibinə də protokol yazılıb".

Bölmə rəsi bildirib ki, maşın artıq təmir olunub və xidmətə verilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...