\"Beşiktaş\" rəqibini darmadağın etdi

\
Yanvarın 6-da futbol üzrə Türkiyə çempionatının XVII turunun ikinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Rizəspor"u qəbul edib.

Sfera.az xəbər verir ki, gərgin keçən görüşdə İstanbul təmsilçisi rəqibinin qapısından altı cavabsız top keçirib. "Beşiktaş"ın qollarını Kayil Larin (19, 31, 79, 83), Oğuzxan Özyaqub (56) və Ajdin Hasiç (89) vurub. Beləliklə, "Beşiktaş" doğma meydanda qazandığı qələbə sayəsində yenidən turnir cədvəlinin lideri olub.

Günün digər oyunlarında "Trabzonspor" doğma meydanda "Göztəpə"ni minimal hesabla məğlub edib – 1:0. "Kayserispor" isə səfərdə "Dənizlispor"u 0:1 hesab ilə üstələyib. "Gənclərbirliyi" isə öz meydanında "Hatayspor"u 3:1 hesabı ilə udub. "Başakşəhər" də "Ərzurumspor"u 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. "Antalyaspor" isə "Fatih Karagümrük"ü 3:1 hesabı ilə udub.

Tura "Fənərbağça" – "Alanyaspor" matçı ilə yekun vurulacaq.

Hazırda çempionatın turnir cədvəlinə 34 xalla "Beşiktaş" başçılıq edir. Ondan 3 xal geri qalan "Qaziantep" ikinci, 30 xal toplayan "Alanyaspor" isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Doqquzuncu turda "Kasımpaşa" istirahət edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...