“MƏNƏ QOHUMLUĞU DA ÇATIR...” – Mənsimovdan Hadı Rəcəbliyə növbəti “facebook zərbəsi”

“MƏNƏ QOHUMLUĞU DA ÇATIR...” – Mənsimovdan Hadı Rəcəbliyə növbəti “facebook zərbəsi”

"Mediada Hadı Rəcəblinin şərhimə münasibətini gördüm. O, Lənkaran rayonun Viravul kəndində doğulub və bəlkə mənə qohumluğu da çatır. Bir insan kimi hörmətim var. Amma millət vəkili kimi bu vəzifəyə uyğun deyil”.


Sfera.az-ın məlumatına görə bu sözləri deputatlığa namizəd Hadı Rəcəbli ilə aralarında yaranmış söz atışmasına cavab olaraq "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov özünün facebook hesabında yazıb.


"Hadı bəy 24 ildir deputatdır. Amma seçicilərinə bir xeyri dəymədi, əksinə, maaşlar, pensiyalar və uşaq pulları ilə bağlı yersiz bəyanatları ilə yadda qaldı. Deyir ki, namizədliyini YAP irəli sürüb. Lap yaxşı. Lakin əvvəllər də hakim partiyanın Lənkərandan və ümumiyyətlə, cənub rayonlardan seçilən millət vəkillərinin insanlara heç bir xeyri dəyməyib və onlar yalnız öz mənafelərini güdüblər. Bir dəfə də olsun seçicilərin yanında olmadılar. İndi isə səs üçün qapı-qapı gəzirlər. Sözüm odur ki, demokratik seçkilərdə şansları "0”-a bərabərdir”.

 

Mübariz Mənsimov özü ilə bağlı da çoxlarına bəlli olmayan məlumatları ictimailəşdirib: "Türkiyə vətəndaşı olsam da, bir çox bağlarla Vətənimə bağlıyam. Ona görə bütün prosesləri izləyirəm. Hadı bəy hakim partiyaya arxalanaraq yazır ki, məni partiya seçib. Deyim bilin, mən MHP-nin üzvüyəm amma Rəcəp Tayyib Ərdoğanla münasibətimiz əladır. Mənim böyük qardaşımdır, hörmətim hədsizdir. Amma mən AKP yox, MHP-çiyəm. Bunu da açıqca bəyan edirəm. Milliyyətçiyəm. Ruhum, baxışım budur. Mən partiyanı hansısa insana görə seçmirəm. YAP da, AKP də hakim partiya ola bilərlər. Heç kim və heç bir qurum ideal deyil, o cümlədən kimisə partiya seçirsə, bu onun müqəddəs elan edilməsi anlamına gəlmir. Əgər kimsə müqəddəs, dəyişdirilməsi qadağan olunan olsaydı, 2019-cu ildə ölkədə bu qədər istefalara şahid olmazdıq. Sözümü siyasiləşdirməyin. Demokratik seçkidən xalq, dövlət, ölkə yalnız qazanacaqlar. Fuad Abbasov, Qənira Paşayeva, ziyalılar, aydınlar, gənclər, adlarını çəkmədiyim çoxlu sayda dəyərli namizədlər var. Şans verin, onların xalqa xidmətlərini görək. Mən bir paylaşım edən kimi imkansız, əlacsız insanlar yazmağa başlayırlar. Ümid edirəm ki, seçkilərdən sonra vəziyyət dəyişəcək və onlar öz vəkillərinə yazıb real kömək alacaqlar. Deputat - "elçi göndərilmiş” deməkdir. Xalqınızın elçisi olun, məmurların yox. Xalqın cibinə girənləri, rüşvətxorları, harınlamış məmur övladlarını ifşa edib onların cəzalandırılmasına nail olun.O zaman əsil Elçi olacaqsınız”.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...