Bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib

Bələdiyyə seçkilərinin vaxtı müəyyənləşib
 

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 

Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. 

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır. 

 

M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.


OXŞAR XƏBƏRLƏR