Belarus müxalifətinin nümayəndəsi Kolesnikova sərhəddə saxlanılıb

Belarus müxalifətinin nümayəndəsi Kolesnikova sərhəddə saxlanılıb

Belarusiya müxalifətinin Koordinasiya Şurası (CC) Rəyasət Heyətinin üzvü Mariya Kolesnikova Ukrayna ilə sərhəddə saxlanılıb.


Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski məlumat verib.

Digər iki müxalifətçi - İvan Kravtsov və Anton Rodnenkov isə ölkəni tərk edib.


Bıçkovskinin sözlərinə görə, onlar sərhəddin bu hissəsindəki özəlliklər səbəbi ilə əlavə naryadların qoyulduğu "Aleksandrovka” beynəlxalq magisrtal buraxılış məntəqəsindən keçiblər.

 

"Rodnenkov, Kravtsov və Kolesnikova BMW markalı avtomobildə gömrük sərhəd nəzarətindən keçərək Ukraynaya doğru hərəkət ediblər. Ammadaha sonra sərhəd naryadı ilə qarşılaşan maşın kəskin şəkildə sürətini artıraraq sərhəd xidməti hərbçisinin həyatını təhlükəyə atıb. Bu zaman Kolesnikova nəqliyyat vasitəsinin xaricində olub",- deyə övlət Sərhəd Komitəsindən bildiriblər.

 

Daha sonra məlum olub ki, Rodnenko ilə Kravtsov da iki övlət arasındakı qarşılıqlı razılaşmaya əsasən, Ukraynanın Belarus sərhədinə yaxın ərazisindəsaxlanıblar. Bıçkovskinin sözlərinə görə, Kolesnikovanın tibbi yardıma ehtiyacı yoxdur.

 

 

Xatırladaq ki, avqust ayında Belarusda hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi seçkiləri keçirildi. Bundan dərhal sonra artıq bir aya yaxındır davam edən kütləvi etiraz aksiyaları başladı. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan, su toplarından, səs bombalarından və rezin güllələrdən istifadə etdi. İlk günlərdə 6.7 mindən çox adam nəzarətə alındı, üç etirazçı öldürüldü, polis məmurları və çevik qüvvət polisləri də daxil olmaqla yüzlərlə vətəndaş yaralandı.


 

Müxalifət səsvermənin nəticələrini tanımadı və hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurası yaratdı. Buna cavab olaraq, Belarus Respublikasının Baş Prokurorluğu, milli təhlükəsizliyə qarşı yönəlmiş hərəkətlərə çağırışa görə, 5 ilə qədər həbs cəzası nəzərdə tutulan cinayət işi açıb.

 

Müxalifət şurası isə öz növbəsində iddia edir ki, şura tərəfindən qeyd edilən bütün məqsəd və üsullar qanunidir və Respublika Konstitusiyasına əsaslanır.

 

Məlum olay ərəfəsində Kolesnikova, Kravtsov və Rodnenko ilə əlaqə itmişdi. Konstitusiya Məhkəməsinin üzvü Maksim Znak Belarus-Ukrayna sərhədindəki hadisələri şərh edərkən RİA Novosti-yə Kolesnikovanın harada olduğunu bilmədiyini, amma ölkəni qəti tərk etmək istəmədiyini söyləmişdi.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR