BDU və Vəkillər Kollegiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı

BDU və  Vəkillər Kollegiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.


Görüşdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Universitetlə Vəkillər Kollegiyası arasında əməkdaşlığın gələcək perspektivlərinin əhəmiyyətini vurğulayaraq, Universitetdə tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin Universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlər barəsində danışıb.

 

Sfera.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanının əhəmiyyətini vurğulayaraq, ölkəmizdə vəkillərin sayının iki dəfədən çox artaraq 2000 nəfərədək, vəkil qurumlarının sayının isə 39-dan 101-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsini qeyd edib.


İmzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Müqavilə Hüquq fakültəsinin tələbələrini hüquq ixtisası üzrə təcrübəyə cəlb etmək, Bakı Dövlət Universitetinin strukturları tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, Hüquq fakültəsinin təhsildə fərqlənən tələbələrinə təqaüdlərin müəyyən edilməsi və verilməsi, hüquq təcrübəsinin artırılması ilə bağlı layihələr, konfranslar, simpozium, "moot court”lar və s. tədbirlərin təşkilinin həyata keçirilməsi və s. məsələləri əhatə edir.


Müqavilədə tərəflərin əməkdaşlığın xüsusi bir forması kimi Bakı Dövlət Universitetinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan professor-müəllim heyətindən ibarət Vəkil Bürosunun yaradılması da öz əksini tapır.


Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına hüquq sahəsinə dair 200-ə yaxın kitab hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...