BDU THİK tərəfindən \"Üç rəngin kölgəsində!\" adlı fləşmob keçirilib! - FOTOLAR

BDU THİK tərəfindən \
 
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 7-9 noyabr tarixləri arasında "Üç rəngin kölgəsində!" adlı fləşmob həyata keçirir. 

Sfera.az xəbər verir ki, bayraq xalqın birlik, həmrəylik və suverenlik rəmzidir. Elə bu səbəbdəndə Bayraq Günü ilə bağlı xüsusi hazırlıq işləri görən BDU THİK 23 mindən çox BDU tələbəsinin diqqətini 9 noyabr Dövlət Bayraq Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədi ilə belə bir fləşmob təşkil edib.
 

BDU THİK sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Üç rəngin Könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib. Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən Azərbaycan Respublikasının Dövlət Bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər. Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.

Sosial mediada sürətlə paylaşılan fləşmobun rəsmləri və videoları böyük marağa səbəb olub və minlərlə baxış və bəyənma alıb. Həmçinin əyani olaraq fləşmobu görən 30 mindən çox BDU tələbə, müəllim heyəti və hazırlanan tv reportajlar ölkə ictimayyəti tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Facebook və instagram sosial şəbəkələrində böyük izləyicisi olan səhifələr flaşmobla bağlı müxtəlif paylaşımlar edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...