Bazarda dözülməz şərait: ucuz mallar bahalı dərmanlara çevrilir

Bazarda dözülməz şərait: ucuz mallar bahalı dərmanlara çevrilir
 

"Palçıqlı şəraitdə satılan balıqlar və göyərtilər çox təhlükəlidir”.

Sfera.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında terapevt Ramil Həsənli bildirib.

Son günlərdəki yağmurlu hava şəraitindən sonra bazarlarda antisanitariya halları baş alıb gedir. Redaksiyamıza müraciət edən oxucularımızın bildirdiyinə görə, demək olar ki, əksər məhsullar palçığın üzərinə qoyulub satılır. İradlar əsasən belədir:

 

 

"Alverçilərin çoxu piştaxtaya görə ayrıca pul vermirlər. Buna görə də limonu, göyərtini, ən çox da balıqları yerə qoyub satırlar. Yerdə palçıq”.

Bu mövzu ilə əlaqədar danışan terapevtin sözlərinə sörə, bu qaydada satılan məhsulların insan sağlamlığına ciddi şəkildə mənfi təsir etdiyini deyir:

 

"Xüsusən də, ət və ət məhsulları, göyərtilər və ya ağartı məhsulları antisanitar vəziyyətdə satılırsa, bu, birbaşa həmin məhsulların keyfiyyətinə təsir göstərir. Təbii ki, bu şəraitdə satılan məhsullardan bir çox xəstəliyə tutulmaq və ya zəhərlənmək mümkündür. Bundan başqa, palçıqda çirkli şəraitdə satılan göyərtilərin üzərində toplanan bir çox bakteriyalar insan orqanizminə keçir və orqanizmdə müxtəlif fəsadlara gətirib çıxarır”.

Həkimin sözlərinə görə, həmin bazarlarda satılan balıq məhsulları da insanlarda zəhərlənməyə səbəb olur:

"Palçıqdan, tozdan və ya çirkli sudan balığın qəlsəmələrinə yapışan mikroblar insan sağlamlığına mənfi təsir edə bilər. Saxlanıldığı sudan da balığın bədəninə zəhərli maddələr sorula bilər ki, bu da insanlarda balıq yedikləri zaman zəhərlənməyə səbəb olur. Ona görə də bu məhsulları alanda təzə olması ilə yanaşı, harada, hansı şəraitdə satılmasına da diqqət etmək lazımdır. Antisanitar şəraitdə satılan ucuz məhsullardansa, təmiz məhsullara üstünlük verməyə çalışmalıyıq. Qiymət baxımından bazar malları ucuz olsa da, sonra onların yaratdığı xəstəliklərə xeyli pul xərclənir. Buna gör də sağlamlıq baxımından böyük marketlərdə satılan məhsullar daha etibarlıdır”.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...