No Image
No Image

Bayden müdafiə naziri və Pentaqonun adını unutdu: “Şey, şey… ” - VİDEO

Bayden müdafiə naziri və Pentaqonun adını unutdu: “Şey, şey… ” - VİDEO
ABŞ prezidenti Cozef Bayden 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə Pentaqonun (ölkənin Müdafiə Nazirliyi) və müdafiə nazirinin adını unudub.

Sfera.az  xəbər verir ki, bu, ABŞ mətbuatında əsas müzakirə mövzusuna çevrilib.

Məlumata görə, martın 8-də C.Bayden vitse-prezident Kamala Harris və müdafiə naziri Lloyd Austinlə birlikdə Ağ evdə tədbirdə iştirak edib. O, ABŞ ordusunda zərif cinsin nümayəndələrinin iştirakından danışarkən deyib: "Qadınlar döyüşçüdürlər. Qadınların ordumuzun sıralarında olması bizi daha da güclü edir”.

Çıxışının bu yerində prezident müdafiə nazirinin adını çəkməli imiş. Lakin olun adını unudub. Dövlət başçısı deyib: "Şey, şey… keçmiş general... mən ona həmişə general deyib, dururam. Mənim, mənim… bu uniformanın başındakı adama (müdafiə naziri Lloyd Austini nəzərdə tutut – red.) etdiyi bütün işlərə görə təşəkkür etdiyimizə arxayın olmalıyıq”.

C.Baydenin müdafiə naziri və Pentaqonun adını unutması ABŞ mətbuatında ciddi müzakirə edilib.

Qeyd edək ki, C.Bayden həmin tədbirdə iki qadın komandiri Silahlı Qüvvələrin komandanlığında rəhbər vəzifəyə təyin edib. Hərbi Hava Qüvvələr generallarından Jaklin Van Ovost ABŞ ordusunun nəqliyyat üzrə komandanı, general Laura Riçardson isə Cənub Qoşunları komandanı təyin olunublar.
 

(report)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO

Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkə...

Aparıcı gülüşünü rekord məbləğə satdı

Türkiyənin tanınmış aparıcısı Saba Tümer gülüşünü 90 min lirəyə satıb. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, NTF yolu ilə gülüşünü satan ap...

“Caliber”in 23-cü buraxılışı: “Separatçılıq” bütün etnosun psixi xəstəlik forması kimi” - VİDEO

"Caliber” layihəsinin 23-cü buraxılışı təqdim olunub. Layihənin "Youtube” hesabında "Son 63 nəfəs” adlı video təqdim olunub. Videoda "N. Paşinyan: "...

Xəstəxana topla vuruldu: 5 ölü, 10 yaralı - VİDEO

Suriyada Əsəd rejimi Hələb vilayətinin Atarib şəhərindəki xəstəxanaya hücum edib. Sfera.az xəbər verir ki, toplarla təşkil edilən hücumda xəstəxana yarars...

Ermənistanda nazir jurnalisti döydü - ANBAAN VİDEO

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib. Sfera.az xəbər verir ki, bununla bağlı vid...

Narkotik istifadəçiləri maşını polisin üstünə sürdü – ANBAAN VİDEO

Ankarada polis avtomobilin içində narkotik vasitədən istifadə edən iki nəfəri saxlamaq istəyib. İHA xəbər verir ki, cinayət əməlində şübhəli bilinən şəxsl...