Baxçalı Azərbaycanı Bəxtiyar Vahabzadənin şeiri ilə təbrik etdi

Baxçalı Azərbaycanı Bəxtiyar Vahabzadənin şeiri ilə təbrik etdi
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanı qələbə münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, siyasətçi bu barədə partiyasının toplantısında çıxış edərkən bildirib:

"Qarabağ türkdür, Qarabağ azaddır, Qarabağ Azərbaycandır. Qarabağ türkün poladdan biləyidir. Bir millət, iki dövlətik, iki ayrı bədəndə eyni canıq. Bir dəfə yüksələn bayraq düşməmişdir, düşməyəcəkdir.

2009-cu ildə aramızdan ayrılan mərhum şarimiz Bəxtiyar Vahabzadənin dediyi kimi,

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə!

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Azərbaycan-Türkiyə!

Zəfərimiz mübarək, daim olsun. Neçə diriliş və yüksəlişimiz mübarizəmizə vəsilə olsun”.

OXŞAR XƏBƏRLƏR