No Image
No Image

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Baş Prokurorluqdan Sfera.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir. 

Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin, bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur. 

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır. 

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

OXŞAR XƏBƏRLƏR

Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi

26 noyabr 2020-ci il tarixdə Azərbaycan Baş Prokurorluğuna Türkiyə hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Y...

Ermənistan ordusu 10 min nəfər itki verib - AÇIQLAMA

ABŞ-ın AP xəbər agentliyinin əməkdaşı Ermənistanın müharibədəki itkilərinin sayı ilə bağlı məlumat verib. Sfera.az xəbər verir ki, CNN, "Al Jazeera" və "G...

“Ərimə mesaj yollama..." - Müğənninin mahnısı QALMAQAL YARATDI + VİDEO

Türkiyəli müğənni Yonca Evcimikin "Ayıp şeyler” adlı yeni mahnısı qalmaqala səbəb olub.   Sfera.az xəbər verir ki, rep janrında ifa olunan mahnıda s...

DİN-dən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qaydalara əməl etməyə çağırır. DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir: "Məlum ...

Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE

Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdə...

Alpout sakininin meyiti küçədə tapıldı

Bərdə sakini Alpout kəndi ərazisində ölü halda tapılıb. Sfera.az  xəbər verir ki, həmin şəxs kənd sakini Bayramov Məhəmməd Qurban oğludur. M. Bayramo...