“Baş nazirin dəyişdirilməsi…” - Millət vəkili Əli Əsədovu təriflədi

“Baş nazirin dəyişdirilməsi…” - Millət vəkili Əli Əsədovu təriflədi


"Baş Nazirin dəyişməsi sözsüz ki, ölkədə aparılan sosial-iqtisadi islahatları daha da sürətləndirmək məqsədi daşıyır”.


Bu sözləri Sfera.az-a açıqlamasında Baş Nazir Novruz Məmmədovun istefası və bu posta prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun namizəd göstərilməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Musa Quliyev deyib:

 

 

"Cənab prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara Nazirlər Kabinetinin daha adekvat reaksiyasını təmin etmək məqsədilə belə bir addım atılıb. Əli Əsədov təcrübəli, uzun müddət prezident İlham Əliyevin, hətta ümummilli lider Heydər Əliyevin zamanında onun yanında iqtisadi məsələlər üzrə köməkçisi işləmiş, prezidentin yanında İqtisadi məsələlər üzrə şöbənin müdiri olmuş, bu sahədə alim olan bir şəxsdir. Onun təyinatı təbii ki, cənab prezidentin iradəsi idi və Milli Məclis də bu iradəni bir nəfər kimi hamılıqla dəstəklədi. İnşallah, xalqımız, dövlətimiz üçün də uğurlu təyinat olacaq”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR