Baş nazirdən dərmanlarla bağlı SƏRƏNCAM - 10 milyon manat ayrıldı

Baş nazirdən dərmanlarla bağlı SƏRƏNCAM - 10 milyon manat ayrıldı

Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncam "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən imzalanıb.

 

Maliyyə Nazirliyinə vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb. 

Sərəncam imzalandığı gündən (martın 2-si) qüvvəyə minir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR