Baş katib: "Özbəkistan Türk Şurasının gündəliyini daha da şaxələndirəcək"

Baş katib:

Özbəkistan Türk Şurasının gündəliyini daha da şaxələndirəcək.

Sfera.az-ın trend-ə  istinadən bildirir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşünün yekununda qurumun baş katibi Baqdad Amreyev deyib.

O bildirib ki, qurum daxilində bütün səylər dövlətlərimiz arasındakı iqtisadi əməkdaşlığın genişlənməsinə yönəlib:

"Bir müddət əvvəl biz birgə ticarət palatasını yaratdıq. Macarıstan və Özbəkistan bu gün rəsmən bu struktura qoşuldular. Bu iclasda əsas hadisə təşkilatın ilk dəfə genişlənməsidir. Özbəkistan tamhüquqlu üzv olur. Biz əminik ki, Özbəkistan gündəliyimizi daha da şaxələndirəcək".

Baş katib əlavə edib ki, Türk Şurası dövlət başçılarının sabah imzalanacaq bəyannaməsinə Birgə İnvestisiya Fondunun yaradılması məsələsi daxil ediləcək.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

OXŞAR XƏBƏRLƏR

"İrəvanı Bakının əlindən alan olmayacaq" - Moskvadan baxış

 12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin ş...

Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır”

 "Ermənistan silahlı birləşmələrinin sərhəd kəndlərini atəşə tutması, mülki əhalini hədəfə alması işğalçının terrorçu mahiyyətini bir daha təsdiqləyir. Təə...

DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi

 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz ...

Sahibə Qafarova beynəlxalq təşkilatlara müraciət etdi

 Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, MDB PA Şurası, AŞPA, ATƏT PA, İslam Əməkdaşl...

“Azərbaycanın yanında olmağa davam edəcəyik” - Hulusi Akar

 "Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa davam edəcəyik". Sfera.az xəbər verir ki, bu sö...

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

 Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub. Xarici İ...