“Baş həkim təcili yardımın açarını gizlədib” iddiasına - Rəsmi cavab

“Baş həkim təcili yardımın açarını gizlədib” iddiasına - Rəsmi cavab
Sosial şəbəkələrdə Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım üçün müraciət edən Vətən müharibəsi qazilərinə yardım göstərilməməsi ilə bağlı məlumat yayılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı yayılan görüntülərdə iddia olunur ki, qazilər səhhətləri ilə bağlı müraciət etsələr də, xəstəxanın baş həkimi avtomobilin açarını gizlədib. 

Görüntülərdən bir neçə qazinin halının pisləşdiyi, əraziyə digər vətəndaşların və polis əməkdaşlarının toplaşdığı aydın olur. Həmçinin qazilərlə tibb müəssisəsinin əməkdaşları arasında mübahisə yaranıb.  

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor əvəzi Eldar Kərimov "Qafqazinfo”ya bildirib ki, qazi təcili tibbi yardım üçün müraciət edib. O qeyd edib ki, briqadanın həmin məkana getməsi müəyyən zaman almasına qazi tərəfindən sərt reaksiya verilib:

"İyulun 27-si saat 14:40-da Mingəçevir ŞMX PHŞ-in Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış olub. Dispetçer vətəndaşa çağırışdakı briqadalara bu haqda məlumat verəcəyini və stansiyaya qayıtmadan Mingəçevir Şəhər İcra Hakimiyyətinin qarşısındakı çağırışa yönləndiriləcəyini bildirib. Təbii ki, digər xəstənin çağırışında olan Təcili Tibbi Yardım briqadasının həmin məkana getməsi müəyyən zaman alıb. Qazimiz Təcili Tibbi Yardım briqadasının yubanmasına  sərt reaksiya verib. Bir neçə qazi Mingəçevir ŞMX PHŞ-in baş həkiminin otağına gəlib və izahat tələb edib. Baş həkim dərhal hadisə yerinə baş çəkib və ehtiyat məqsədilə daha bir təcili yardım briqadası da tələb olunan məkana cəlb olunub”.

 

 

 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...