No Image
No Image

“Barıtımızı quru saxlamalıyıq” – Polkovnikdən Ermənistanın silahlandırılmasına REAKSİYA

“Barıtımızı quru saxlamalıyıq” – Polkovnikdən Ermənistanın silahlandırılmasına REAKSİYA
"Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı?”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib.

Bəs Ermənistan ordusunun canlandırılmasında kimlər maraqlıdır? Belə olduğu halda, bu, Azərbaycan üçün təhlükə vəd edə bilərmi?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a bildirib ki, Ermənistan kimi dövlət nə qədər ki bizim qonşumuzdur, Azərbaycana həmişə təhlükə törədə bilər:
 
"Cənubi Qafqazda geosiyasi baxışdan çoxlu problemlər yaratmaq istəyən qüvvələr var və bölgənin stabilliyinə ancaq Cənubi Qafqazda olan dövlətlər maraqlı ola bilərlər. Bəzi dövlətlər isə öz siyasi ambisiyalarına, məqsədlərinə nail olmaq üçün Cənubi Qafqazı münaqişə zonası kimi saxlamaqda maraqlıdır.

Ermənistan xarici güclərin əlində bir alət kimi istifadə oluna biləcək dövlətdir. Bu dövlətə kimin rəhbər gəlməsindən asılı olmayaraq,  onların bir dəsti-xətti var. Ermənistan hər zaman xaricdən idarə olunur, bundan sonra da idarə olunacaqlar. Bu gün də gedən siyasi proseslər onu göstərir ki, onlar məhz xarici qüvvələrdən asılıdırlar. Əlbəttə, Ermənistanı silahlandırmağa maraqlı olanlar var və olacaq. Ölkə başçısı çox yaxşı bildiridi ki, Aprel hadisələrindən sonra da Ermənistanı sürətlə silahlandırma prosesi gedirdi. İyul hadisələrindən sonra da məlumat aldıq ki, ora hərbi təyinatlı yüklər gəlir. İndi də darmadağın edilmiş Ermənistan ordusunu silahlandırmağa davam edən qüvvələr mövcuddur”.

Müsahibimiz vurğulayıb ki, Ermənistanın silahlandırılmasında məqsəd birdir: "Silahların gec-tez hər hansı bir istiqamətdə istifadə edilməsini təmin etmək. Təbii ki, onlar bunu Türkiyə istiqamətində tətbiq edə bilməyəcək. Seçim olaraq Azərbaycan, ya da Gürcüstan qalır. Münaqişə yarada biləcək başqa ölkə yoxdur. Düşünsək ki, Gürcüstan dini eyni olan ölkədir, deməli yalnız Azərbaycan qalır. Bu baxımdan barıtımızı quru saxlamalıyıq. Ölkə başçısı da artıq öz tapşırıqlarını verib, fikrini bildirib. Azərbaycan ordusu bundan sonra da ən müasir silahlarla silahlandırılacaq. O ki qaldı Ermənistana, düşünmürəm ki, onu ən müasir silahlarla təmin edə bilsinlər. Çünki bu, çoxlu vəsait tələb edir. Əsas odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, nə qədər çətin və güc tələb edən tarixi hədəf idisə, bundan sonra ölkəmizin ərazi bütövlüyünü saxlamaq , hər hansı bir erməni revanşizminin qarşısını almaq da asan tapşırıq deyil”.
 
Ş.Ramaldanov qeyd edib ki, Ermənistanın silahlandırılması haqqında hələ çox məlumatlar alacağıq: "Rusiya Ermənistanı silahlandırırdı ki, Azərbaycan da onlardan silah alsın. Burada iqtisadi faktor da var. Fikrimcə, bundan sonra Azərbaycan öz ordusunu silahlandırmaq üçün bazar axtaracaq. Müharibədən sonra isə biz artıq hansı silahın, hansı sayda alınmalı olduğunu bilirik. Azərbaycan öz ehtiyatını əldən verməməli, güclü ordumuz daha da çevik və professional formalaşdırılmalıdır”.
 
Günay Rəsulqızı
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Paralel qurumlar idarəetməyə ağırlıq gətirir – "Bu nazirliklər ya ləğv olunmalı, ya da..."

Ötən günlərdə ölkədən 1,1 milyard manat ekvivalentində nağd  valyutanın  çıxarılması məsuliyyətini iki qurumun bölüşə bilmədiyinin şahidi olduq. Döv...

Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”

"Sahil Babayev nazirliyi özünün qardaşı, bacanaqları, qohum-əqrəbası və dostları ilə doldurub”. Bu sözləri Sfera.az-a açıqlamasında Əmək və Əhalinin So...

“Bir qəpiyi olmayan vətəndaşı nüvə silahı da qorxuda bilməz” – Deputatdan karantin qaydalarına etiraz

"Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox incidir”. Sfera.az xəbər verir...

Toy, ad günü və kütləvi tədbirlərlə bağlı DİN-dən MÜHÜM AÇIQLAMA

Son günlərdə toy, ad günü və bu kimi digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı DİN–nin reydləri davam edir. Sfera.az Real TV-yə istinadən xəbər veri...

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq etdi

"Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi ra...

DİN-dən toylarla bağlı AÇIQLAMA: "Restoranların fəaliyyətinə icazə verilməsi..."

Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib. Sfera.az xəbər verir ki, DİN Mət...