Banklar regionlara daha az kredit ayırırlar - Girov problemi

Banklar regionlara daha az kredit ayırırlar - Girov problemi
"Banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar”. 
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Millət vəkili Mərkəzi Bankın məlumatlarına istinad edib:

"Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə aldıqda o zaman kredit qoyluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur.  Deməli, rəsmi statistikaya görə,  100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür. Və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar. Bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır”.

V.Bayramovun sözlərinə görə, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər və  əksər yerli sahibkarların bu imkanları olmur:

"O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibdir.  İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması önəmli şərtlərdəndir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...