“Bank Respublika”nın yeni sədrindən açıqlamalar

“Bank Respublika”nın yeni sədrindən açıqlamalar
 

«Bank Respublika» ASC-nin aktivləri 1 mlrd. manatı ötür. Bunu bankın İdarə Heyətinin sədri Tariel İsmayılov deyib.

 

2018-ci ilin sonuna bankın aktivləri 983,098 mln. manat təşkil edib.

 

"Hazırda bankın aktivləri 1 mlrd. manatı ötür. Bankımız bu göstərici üzrə Top-5-liyə daxildir”, – deyə o, bu gün bankın yeni innovativ məhsulu olan "Paypass Sticker” texnologiyasının təqdimatnda bildirib.

 

Sədrin sözlərinə görə, "Bank Respublika”nın 500 min müştərisi var.

 

T.İsmayılov vurğulayıb ki, 2018-ci ildən bankın kapitalı 2 dəfə, kredit portfeli 60%, depozit portfeli isə 67% artıb.

 

"Biz əməliyyat mənfəətinin 2 dəfə, faiz mənfəətinin isə 3 dəfə artımına nail olmuşuq”, – deyə o əlavə edib.

 

"Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları – KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və "Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın əsas səhm paketi iş adamı Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...