Bank BTB əlilliyi olan uşaqlar üçün “Mən dünyanı boyayıram!” adlı sosial layihə keçirib

Bank BTB əlilliyi olan uşaqlar üçün “Mən dünyanı boyayıram!” adlı sosial layihə keçirib
 

Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində növbəti sosial layihəsini həyata keçirib. Belə ki, bank 02 noyabr 2019-cu il tarixində "Müstəqil Həyat Tərzi” əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri olan əlil uşaqlar üçün "Mən dünyanı boyayıram!”adlı sosial layihə təşkil edib.

"Beynəlxalq Rəssamlar Günü”nə həsr olunmuş layihənin məqsədi uşaqları rəsm çəkmək bacarığına yiyələndirmək, incəsənətə maraq göstərməklə öz potensiallarını kəşf etməyə sövq etməkdir. Qeyd edək ki, tədbir bank əməkdaşları ilə yanaşı təcrübəli sosial şəxslər tərəfindən aparıldı. Uşaqlar və onların valideynlərinə ilk öncə bank və bankın Korporativ Sosial Məsuliyyət siyasəti haqqında məlumat verildi. Daha sonra, onlar, Bank BTB-nin 10 illik yubileyi ərəfəsində olduğundan öz xəyal və bacarıqlarını bu mövzuda rəsm çəkməklə nümayiş etdirdilər. Maraqlı proqramla müşahidə olunan tədbirdə balaca qonaqlar vaxtlarını şən və səmərəli şəkildə keçirdilər.

Tədbirin sonunda Bank BTB-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov tədbir iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edərək, bildirdi ki: "Korporativ Sosial Məsuliyyət siyasəti Bank BTB üçün prioritet təşkil edən istiqamətlərdən biridir. Bank bu cür layihələri hər zaman dəstəkləyir və bundan sonra da müxtəlif sosial layihələr həyata keçirməyi planlaşdırır. Məqsədimiz cəmiyyətə faydalı olmaqdır.”

Tədbirdən yaddaqan görüntüləri diqqətinizə çatdırırıq. //bit.ly/btb-sosial-layihe-

”Məlumat üçün, Bank "BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.


 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...