“Bandotdel” “Sədərək”də əməliyyat keçirdi - VİDEO/FOTOLAR

“Bandotdel” “Sədərək”də əməliyyat keçirdi - VİDEO/FOTOLAR
Tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbir keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində həyata keçirilən əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.

Bu şəxslərin ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

Qeyd edilib ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər 3 şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 

Əldə etdiyimiz məlumata görə, sözügedən əməliyyatı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") keçirib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti...

İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur - FOTO

"Facebook"da "Şəbəkə" səhifəsi maraqlı iddia ilə çıxış edib. Sfera.az yazını təqdim edir. "Şəbəkə"nin yazdığı mətndə deyilir: "Bu gənc qadın d...

“Bandotdel” “Sədərək”də əməliyyat keçirdi - VİDEO/FOTOLAR

Tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbir keçirilib. Sfera....

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...

Bu gün də koronavirusa yoluxanların sayı AZALDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1370 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az  xə...

Azərbaycanda general-mayor vəzifəsindən AZAD EDİLDİ

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb. Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət ü...