Balakəndə 1 ton yararsız ət satan şəxslər tutuldu

Balakəndə 1 ton yararsız ət satan şəxslər tutuldu

 

Balakəndə at əti satan şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

      

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

      

Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.

      

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

      

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün  Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...