Bakının bəzi hissələrində təbii qaz təminatında qısa fasilə yaranıb

Bakının bəzi hissələrində təbii qaz təminatında qısa fasilə yaranıb
 

Bu gün saat 11:00-dan 13:00-a qədər qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Bakının Sabunçu rayonunda bir qrup abunəçinin təbii qazla təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, sazlama işləri ilə bağlı saat 11.00-dan Bakının Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun Ələt qəsəbəsində bir qrup sakinin qazı kəsiləcək.

Bundan başqa, Xətai rayonu, H.Aslanov yaşayış massivi, NZS qəsəbəsi, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup istehlakçının təbii qaz təchizatı bu gün səhər saat 09:15-dən dayandırılıb.

Hazırda dayandırmalara səbəb olan orta təzyiqli qaz kəmərində aşkar edilmiş qaz sızmasının ləğvi üzrə iş aparılır.


OXŞAR XƏBƏRLƏR