Bakını heç vaxt belə görməmişdiniz - FOTOLAR

Bakını heç vaxt belə görməmişdiniz - FOTOLAR
 Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Bakının küçə və prospektlərində nəqliyyatın hərəkəti qadağan edilib.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarının lentə alındığı fotoları yayıb.

Fotolarda daim sıxlıq müşahidə olunan küçə və prospektlərin sərt karantin rejimi ilə əlaqədar boş olduğu müşahidə olunur.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu nazirliyə yeni bina tikilir - FOTOLAR

  Bakı Ağ Şəhər-in yeni kvartalında tikinti işləri başlanıb. Sfera.az xəbər verir ki, Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçə...

SON DƏQİQƏ! TƏBİB məlumat yaydı

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-nə olan statistik göstəriciləri açıqlayıb. Sfera.az xəbə...

DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir - FOTO

 DTX-nın həbs etdiyi XİN vəzifəlisi Səlim Əlizadənin qardaşı Bakı Dövlət Universitetində dekan vəzifəsində çalışır. Sfera.az xəbər verir ki, Hikmət Ə...

Bu rayonların giriş və çıxışlarında müvəqqəti postlar quruldu - FOTOLAR

 COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci ilin iyun ayının 5-dən s...

Daha bir məmurun Praqada şirkətləri üzə çıxdı - FOTOLAR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məl...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər ...