Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina etdi - AÇIQLAMA

Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina etdi  - AÇIQLAMA
Yasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.

Bildirilib ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.

Sfera.az-ın məlumatına görə, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:

"Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir”.

"Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.

Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir”, - deyə idarədən əlavə edilib.

Məktəbdən saytımıza bildirilib ki, 2021-2022-ci tədris ilində 18 nömrəli tam orta məktəbdə 5 "a”, 5 "b”, 5 "c”, 5 "ç”, 5 "d”, 5 "e” olmaqla, 6 beşinci sinif fəaliyyət göstərir:

"Məktəbdə bütün V siniflər II növbəyə keçirilib. Buna səbəb şagird sayının artması və sinif otaqlarının çatışmamasıdır.

Eyni zamanda, V siniflər ümumi orta təhsil səviyyəsində (Azərbaycan bölməsində 25 saat, rus bölməsində 27 saat) ən az dərs yükü olan sinif olduğu üçün II növbəyə məhz həmin siniflərin keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, 5 "c” sinfində təhsil alan şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparırıq. Sinifdəki şagirdlərdən 24-ü dərslərdə iştirak edir”.

"Məktəbdaxili nizamlamaya uyğun olaraq, qeyd edilən sinif şagirdlərinin növbəti tədris ilindən I növbədə təhsil alacağı gözlənilir. Valideynlərin yuxarıda qeyd edilən səbəbləri nəzərə alaraq, məsələyə anlayışla yanaşacağına inanırıq”, - deyə qeyd edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir müəllim koronavirusun qurbanı oldu

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova dünyasını dəyişib. Sfera.az xəbər verir ki, mərhum müalicə olunduğu A...

I qrupda bu abituriyentlər kimyadan yox, informatikadan imtahan verəcək

"2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər...

Təhsil naziri Naxçıvana getdi - FOTOLAR

Oktyabrın 27-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu barədə Sfera.az-a Təhsil N...

“Qəbul imtahanında keçid balı toplaya bilməyənlər də tələbə adını qazanacaq” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupları yaradılıb.   "Beynəlxalq münasibətlər” və "Regionşünaslıq” ixti...

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə AYDINLIQ GƏTİRDİ

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib. Sfera.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (D...

Dövlət büdcəsindən təhsilə 884 milyon manat ayrıldı - Pul hara xərclənməlidir?

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Ayrılan vəsaitin təhsil sisteminin müxtəlif sahəl...