Bakıda tanınmış yazarın maşınını vurdular - Fotolar

Bakıda tanınmış yazarın maşınını vurdular -  Fotolar

Bakıda tanınmış yazıçının avtomobili qəzaya uğrayıb.

Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində qeyd alınıb.

Yazıçı Şərif Ağayar kimi tanınan Ağayrov Şərif Ziyadxan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə geriyə dönmək istəyib. Bu zaman arxadan yüksək sürətlə gələn və Mirzəyev İdris Muxtar oğlunun idarə etdiyi "Mitsubishi" markalı pikap avtomobili "Mercedes"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, "Mercedes"ə ziyan dəyib.

Hadisə yerinə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəliblər, müayinələr aparılıb. Şöbənin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev Lent.az-a bildirib ki, qəzaya "Mitsubishi" markalı avtomobilin yol hərəkəti qaydalarını pozması səbəb olub.

Belə ki, Şərif Ağayar icazə verilən yerdən geriyə dönmə əməliyyatı həyata keçirsə də, "Mitsubishi"nin sürücüsü İdris Mirzəyev sürət həddin aşıb, ötmə əməliyyatını düzgün yerinə yetirməyib, nəticədə qəzadan yayına bilməyib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...