Bakıda sürücü ananın gözü qarşısında övladını boğdu - VİDEO

Bakıda sürücü ananın gözü qarşısında övladını boğdu - VİDEO
Yolda təhlükəli hərəkət edən sürücünün videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.
 
Məharət Hüseynov adlı oxucu "Avtosfer.az"-a müraciət edərək onun ailəsinə, azyaşlı övladının həyatına təhlükə yaşadan sürücünün hərəkətlərini ictimailəşdirib qanunamüvafiq qaydada cəzalandırılmasını istəyib. Belə ki, Məharət Hüseynovun həyat yoldaşı noyabrın 28-i özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə 7 və 14 yaşlı azyaşlı övladları da olub. Yaşanan təhlükədən sonra xanım kəskin tormozlama etməyə məcbur olub. Bu zaman isə avtomobildəki uşaqlar qorxuya düşüb. Daha sonra isə sürücü yol boyu ziqzaqvari hərəkətlər edərək yolda bir neçə avtomobilə təhlükə yaradıb. Xanım sürücü yaşadıqları mənzilə çatmağa az qalmış həmin sürücünün yolun kənarında dayanmasını görüb. Etdiyi hərəkətlərə görə ona irad bildirən zaman, sürücü xanımı təhqir etməyə başlayıb. Təbii ki, anasının təhqir edildiyini görən 14 yaşlı oğlan övladı avtomobildən düşüb. Bu zaman sürücü anasının gözü qarşısında həmin 14 yaşlı azyaşlını boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq bunu görən zaman qorxudan qışqırıb və hələ də hadisənin şokundan çıxmayıb. Xoşbəxtlikdən həmin zaman oradan keçən vətəndaşlar hadisəyə biganə qalmayaraq köməyə gəlib və ağır faciənin baş verməsinin qarşısını alıblar.

Məharət Hüseynov artıq bu barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova da şikayət məktubu ünvanlayıb. O bildirir ki, onun həyat yoldaşı və azyaşlı övladlarına təhlükə yaşadan bu sürücü barədə müvafiq tədbir görülməsə, azadlığı məhdudlaşdırılmasa sabah hansı qadına, hansı azyaşlılara qarşı nələr edə biləcəyini bilmək olmaz.

Ümid edirik ki, həmin sürücü barədə tezliklə ciddi tədbirlər görüləcək.
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...