Bakıda satılan çiyələyin qiyməti niyə belə ucuzdur?

Bakıda satılan çiyələyin qiyməti niyə belə ucuzdur?
Bakı metro stansiyalarının qarşısında qalaq-qalaq və çiyələk dolu yeşiklər göz oxşayır. Satıcılar çiyələyin 1 kiloqramını 2 manata təklif edir. Amma buna baxmayaraq, alıcılar ilin-günün bu çağında mövsümünə görə belə ucuz satılan çiyələk məhsullarının yanından düz keçir.

Aprel ayında çiyələyin belə ucuz satılmasına səbəb nədir?

Sfera.az bildirir ki, kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bunun səbəbini ölkədə çiyələk yetişdirənlərin sayının çox olması ilə əlaqələndirib:

"İstehsalçılar düşünür ki, bazara böyük həcmdə çiyələk çıxacaq. Əslində 2 manat normal qiymətdir. Bir də baxır, kim onu necə və hansı şəraitdə yetişdirib. Onun məhsulunun maya dəyəri də neçəyə başa gəlirsə, ona uyğun qiymət təyin edilir. Əslində, məhsulun qiymətini bazar müəyyən edir. Qoyduğu qiymət o demək deyil ki, ona sata biləcək. Çiyələk tez xarab olur. İndi alıcılıq qabiliyyəti də aşağıdır. İnsanlar əsas kartof, soğan və südə üstünlük verir. Ağıllı sahibkarlar çalışır ki, məhsulu tez satsınlar. İndi çiyələk istehsal etmək əvvəlki kimi çətinlik törətmir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, məntiqlə aprel ayında kilosu 2 manata çiyələk olmaz:

"Bu, haradan gəlib, necə gəlib bunu artıq aidiyyəti orqanlar araşdırmalıdır. Ərzaqların və məhsulların küçədə satışı ilə bağlı müəyyən prosedurlar var. Onun istehsalı ilə bağlı arayış olmalıdır. Bu gün Rusiyaya mal göndərmək çətinləşib. Ola bilsin ki, Rusiya üçün nəzərdə tutulubmuş, xarab olmasın deyə tez-bazar satışa çıxarıblar”.

OXŞAR XƏBƏRLƏR

80-90-cı illərdə doğulanların tamamilə fərqli bir nəsil olduğunu göstərən faktlar

Onlar 1980-ci ildə doğulanlarla başlayan və 1990-cı illərin ortalarında doğulanlara qədər davam edən möhtəşəm nəsildir. Elə bir zamanla qarşılaşıblar ki, bu bəz...

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur.   Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı dav...

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...