Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO

Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO
Bakıda müəllimlərdən birinin şagirdləri döyməsini əks etdirən görüntülər yayılıb.

Sfera.az  xəbər verir ki, həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi və şagirdlərə fiziki zorakılıq edən şəxsin direktor Zinyət Əhmədova olduğu deyilir.

Şagirdlərin döyülməsi olayında adı hallanan Əhmədova Zinyət Ziyad qızı 1960-cı ildə Qərbi Azərbaycanın Masis rayonunun Zəhmət kəndində ziyalı ailəsində anadan olub. 1968-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb.

1970-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı 30 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin coğrafiya, əlavə biologiya fakültəsinə daxil olub.

1984-cü ildə həmin universiteti bitirərək coğrafiya və biologiya müəllimi ixtisasına yiyələnib. İlk pedaqoji fəaliyyətinə 1989-cu ildə Binəqədi rayonu 144 nömrəli tam orta məktəbdə başlayıb. 1 il həmin məktəbdə əvəzçi coğrafiya müəllimi işləyib.

1990-cı ildə Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə coğrafiya dərnəyinin rəhbəri kimi fəaliyətini davam etdirib. 1992-ci ildən 2007-ci yanvarın 17-dək həmin məktəbdə biologiya müəllimi işləyib. Öz elmi-pedaqoji səviyyəsini yüksəltmək üçün 1999-cu ildə ”Biologiyanın tədrisində ümumiləşdirici dərslərin imkan və yolları” mövzusunda disertasiya işini tədqiq etməyə başlayıb.

Fəal elmi tədqiqat işi apararaq 2005-ci ildə bu disertasiya işini müdafiə edib, Pedaqoji Elmlər namizədi alimlik dərəcəsinə layiq görülüb. Çoxlu sayda məqalələrin, proqramların, orta məktəb dərsliklərinin, metodik tövsiyyə və monoqrafiyaların müəllifidir.

Ailəlidir, 3 övladı var.
 

(baku.ws)

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...