Bakıda şagirdləri döyən direktorun izahatı alındı

Bakıda şagirdləri döyən direktorun izahatı alındı
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”.

Sfera.az bildirir ki, bunu azxeber.com-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
 
O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: "Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütamadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həmin gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

Bəzi şəxslər sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yollayırlar. Yəni, virtual aləmin sərhədsiz imkanlarından neqativ yöndə isti...

Tağıyevin heykəlinə zərər vuran şəxslər HƏBS EDİLDİ

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətb...

Azərbaycanda kollec müəlliminin öldürülməsinin ŞOK SƏBƏBİ

Gəncədə qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Rəfiyev Seymur Natiq oğluna hökm oxunub və o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu ...

DİN Bərdədəki qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb. DİN-dən Sfera.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lən...

Sabiq deputata cinayət işi açıldı - Həbs oluna bilər

"Ştutqart” MMC-nin rəhbər şəxslərinə cinayət işi açılıb. Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən BakuPost.az-ın sorğusuna...

Polis bu rayonda təcili əməlliyyat keçirdi - saxlanılanlar var + FOTOLAR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vas...