Bakıda restoranda yanğın
09:40 / 14.07.2021
457
Bakıda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb