Bakıda qumbara partlayışına görə cinayət işi açıldı

Bakıda qumbara partlayışına görə cinayət işi açıldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Sfera.az-a daxil olan birgə məlumatda deyilir:

"İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov öldürüb.

Avtomaşında olan sərnişin, 1993-cü il təvəllüdlü, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sa...

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - VİDEO

Rus sülhməramlıları nəzarət etdiyi Laçın dəhlizində Azərbaycan bayrağının dalğalanması ilə bağlı görüntülər yayımlanıb. Sfera.az xəbər verir ki, videonu S...

İsmayıllıda şəhidin xatirəsi yad olundu - FOTO

Bu gün şəhid Teymur Osmanlının xatirəsi yad olunub.   SFera.az xəbə verir ki, tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı, Notariat Palatasının rəh...

Bəzi yerlərdə güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənili...

Anım Günü bu marşrutların hərəkət cədvəli dəyişdiriləcək - SİYAHI

27 sentyabr - Anım Günü keçiriləcək tədbirlərlə əlaqədar bir sıra yollarda hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Age...

“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Şair Sabir” universal yük gəmisi əsaslı təmir olunub. QSC-dən Sfer...