Bakıda qumbara gəzdirən şəxs saxlanıldı - FOTO
12:36 / 13.03.2021
2608
Suraxanı rayonu Hövsan qəsəbəsində avtomobilində qumbara gəzdirən şəxs saxlanılıb.
Sfera.az DİN-ə istinadən xəbər verir ki, qəsəbə sakini Fuad Lazımov idarə etdiyi "Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə "F1” qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.