Bakıda polis ehtiyatsızlıqdan özünü güllələdi
10:36 / 01.07.2021
1931
Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib.
Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı 1996-cı il təvəllüdlü Nəsirov Orxan Yaşar oğlu ona təhkim olunan silahdan ehtiyatsız davrandığına görə özünə xəsarət yetirib. Qarın boşluğundan xəsarət alan polis əməkdaşı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. // Manset.az