Bakıda motosiklet avtomobillə toqquşdu

Bakıda motosiklet avtomobillə toqquşdu
 

Bakıda motosiklet "Mercedes-Benz Sprinter” markalı maşınla toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet qarşıdan gələn avtomobilə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü - 30-35 yaşlı kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR