Bakıda “Land Cruiser”in sürücüsü beş maşını vuraraq hadisə yerindən qaçıb – FOTO
00:07 / 01.07.2021
1786
Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, Nəsrəddin Tusi küçəsində baş verən hadisədə "Toyota Land Cruiser”, KİA və "Chevrolet” markalı maşınlar toqquşub.
"Land Cruiser”in sürücüsü beş maşını vurub. Sürücü hadisə yerindən yayınıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Xəsarət alanlar barədə məlumat yoxdur.