Bakıda “Komissar Nazim” adı ilə tanınan narkotacir saxlanıldı - FOTO

Bakıda “Komissar Nazim” adı ilə tanınan narkotacir saxlanıldı - FOTO

Bakıda "Komissar Nazim" adı ilə tanınan narkotacir və sürücüsü saxlanılıblar.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən milli.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Əldə edilən məlumat əsasında keçirilən tədbir zamanı Cəlilabad rayon sakinləri əvvəllər məhkum olunmuş "Komissar Nazim" adı ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov sonuncunun idarə etdiyi "Lada Priora" markalı avtomobillə birlikdə Nizami rayonunda saxlanılıb. Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitələr - 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239,775 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10,245 qram metamfetamini Nazim Qurbanovdan gizli onun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədi ilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı metamfetamin də aşkar olunaraq götürülüb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...