Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA

Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA
2021-ci ilin birinci rübündə Bakıda 1,237 milyard manat dəyərində inşaat işləri həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinin həcmi 12,8 faiz azalıb. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, bütün tikinti işlərinin 66 faizi 4 rayonda həyata keçirilib. İnşaat işlərinin həcminə görə ilk yerdə Nəsimi rayonu dayanıb. Burada tikinti işlərinin həcminin 21 faiz azalmasına baxmayaraq digər rayonlarla müqayisədə işlərin həcmi daha böyük olub. Nəsimi rayonunda 323,5 milyon manatlıq inşaat həyata keçirilib ki, bu da paytaxtdakı ümumi işlərin 26,15 faizini təşkil edib. 

İnşaat işlərinin həcminin böyüklüyünə görə ikinci yerdə Səbail rayonu dayanır. Bu rayonda işlərin dəyəri 46 faiz artaraq 226 milyon manatı ötüb. 

Tikintinin dəyərinə görə üçüncü sırada Xətai (138,6 milyon), dördüncü sırada Nərimanov (132,5 milyon) rayonları qərarlaşıb. Adıçəkilən 4 rayonda 821milyon manata yaxın iş görülüb ki, bu da cəmi işlərin 66,33 faizidir. 

İlin birinci rübündə Bakıda ən az inşaat işi Xəzər (6 milyon manat), Sabunçu (12 milyon manat), Suraxanı (31,8 milyon manat) və Nizami (34,9 milyon manat) rayonlarında həyata keçirilib. 

İlk 3 ayda Pirallahı rayonunda inşaat işi görülməyib. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...