Bakıda zəhərlənmiş tələbələr evə buraxılıb - YENİLƏNİB

Bakıda zəhərlənmiş tələbələr evə buraxılıb - YENİLƏNİB
 

 11:45

Səhər saat 07:59 da 3 saylı şəhər xəstəxanasına zəhərlənmə ehtimalı ilə gətirilən 21 və 22 yaşlı tələbə oğlanlara lazımı yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Səhiyyə Nazirliyindən  bildirilib ki, onların həyatları üçün təhlükə yoxdur.

 

 

 10 :15

Nizami rayonu NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən Sfera.az-a bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub. 

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.


OXŞAR XƏBƏRLƏR