“Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində - TƏNQİDLƏRİN ÇOXU QƏRƏZLİDİR”

“Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində - TƏNQİDLƏRİN ÇOXU QƏRƏZLİDİR”
 

Bakı Nəqliyyat Agentliyi 5 ilə yaxındır ki, fəaliyyətə başlayıb. Qurum Azərbaycan Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;

yol hərəkətinin təşkilində iştirak edir;

nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;

nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;

sərnişindaşıma sahəsinin inkişafını təmin edir.

Sfera.az xəbər verir ki, bu qurumla bağlı bəzən mətbuatda, bəzən isə sosisal şəbəkələrdə tənqidi fikirlər səsləndirilir. Məsələn, son günlərdə BNA-nın parkinq qiymətlərini analiz edib bu quruma parkinq yerləri ilə bağlı məsləhət xidmətləri verməsi üçün elan etdiyi tenderi "Alpina Parking Consulting” şirkətinin udması barədə yazılar dərc olunub. Buna qədər isə parkinqlə bağlı problemlər mətbuatda və sosial şəbəkələrdə qabardılırdı. İndi bu iki bir-birinə zidd tənqidin hansı daha düzgündür? Ekspertlər deyir ki, pandemiya dövründə Bakıda ictimai nəqliyyatın yükünü daşıyan qurum barəsində tənqidlərin çoxu qərəzlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda həyata keçirilən struktur islahatları çərçivəsində formalaşdırılan bir qurumdur:

"BNA yaradılanda əsas məqsəd bütövlükdə paytaxtın nəqliyyat sektorunun yenidən qurulması və yalnız infrastrukturun inkişaf etdirilməsi deyil, eyni zamanda nəqliyyatda sıxlıq daxil olmaqla digər vacib məsələlərin həllinə dəstək olmaqdan ibarət idi. Nəzərə alaq ki, nəqliyyat iqtisadiyyatın əsas sektorlarından biridir və paytaxtın nəqliyyat sistemi bütövlükdə Azərbaycanda iqtisadiyyatın inkişafı baxımından da çox vacibdir. Onu da qeyd edim ki, biznesin 80 faizindən çoxu paytaxtın payına düşür. Ölkə əhalisinin təxminin üçdə biri paytaxta yaşayır. Bu da təbii ki, paytaxtın nəqliyyat infrasrtukturunun, bütövlükdə nəqliyyat sisteminin yenidən qurulmasını bir daha gündəmə gətirmişdi. O baxımdan da hesab edirəm ki, BNA-nın yaradılması müasir çağırışlara uyğun qəbul edilən qərar idi. Etiraf etmək lazımdır ki, BNA yaradıldıqdan sonra paytaxtın nəqliyyat sistemində xüsusən də ictimai nəqliyyatda biz bütövlükdə disiplinin mərhələli şəkildə bərqərar olması, eyni zamanda, infrastrukturun inkişafını müşahidə edirik. Maddi-texniki bazanın da inkişafı müşahidə olunur. BNA yaradıldıqdan sonra ötən dövrü qiymətləndirən zaman birmənalı şəkildə qeyd etmək lazımdır ki, paytaxtın nəqliyyat sisteminin inkişafına agentliyin fəaliyyəti müsbət töhfə verib”.

Deputatın sözlərinə görə, pandemiya dövründə də BNA-nın fəaliyyəti çox vacibdir:

"Pandemiya dövründə sosial təcrid tədbirlərin fonunda BNA pandemiyanın gündəmə gətirdiyi çağırışlara uyğun olaraq fəaliyyətini qurmağa çalışıb. Pandemiyaya çevik reaksiya verən qurumlaradan biri də BNA-dır. Çünki nəqliyyat çox vacibdir. Pandemiyanın nəqliyyat sistemində gündəmə gətirdiyi çağırışların nəzərə alınması çox vacibdir. Hesab edirəm ki, post-pandemiya dövründə BNA-nın fəaliyyətinin genişləndirilmsinə böyük ehtiyac olacaq. Bütövlükdə BNA-nın fəaliyyətini yüksək qiymətləndirirəm”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...