Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb

Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb
Bakıda intihara cəhd hadisəsi baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.

OXŞAR XƏBƏRLƏR