Bakıda faciəvi şəkildə ölən tibb bacısının - FOTOLARI

Bakıda faciəvi şəkildə ölən tibb bacısının - FOTOLARI
 

Dünən Bakı şəhər, Nəsimi rayonu ərazisində tibb bacısının facivə şəkildə ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, Səməd Vurğun bağının qarşısında "Mercedes" markalı minik avtomobilinin vurub öldürdüyü 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızı "Mediclub" klinikasında 3 ay əvvəl işə başlayıbmış.

 

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən işdən çıxarılan Firəngiz özəl klinikaya müraciət etdikdən sonra həmin xəstəxananın operativ şöbəsində işə qəbul edilib. Hadisə də elə klinikanın yaxınlığında baş verib və 27 yaşlı Firəngizə ilk tibbi yardım işlədiyi klinikada göstərilib. Lakin ağır kəll-beyin travması almış, ayaqları sınmış, digər ağır xəsarətləri olan gənc tibb bacısı xəstəxanaya məxsus təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.


 

Qeyd edək ki, faciəvi hadisədə vəfat edən Nəzərova Firəngiz Eldar qızı bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanımdır. Həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.

 

Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

 

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.

 

İşdən çıxarılan F. Nəzərova daha sonra "Mediclub"da işə düzəlib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...