Bakıda ər arvadını bıçaqladı
Kriminal
10:31 / 18.07.2021
922
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Məmiyeva Aidə Sərhəd qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.