Bakıda Elektron Ticarət Forumu keçiriləcək

Bakıda Elektron Ticarət Forumu keçiriləcək
 

Bakıda keçiriləcək "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 21-22 oktyabr 2019-cu il tarixlərində 2-ci "Bakı Elekton Ticarət Forumu” (BEF-2019) təşkil olunacaq.

"APA-Economics”in "Azərpoçt” MMC-yə istinadən verdiy məlumata görə, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edəcəklər.

Tədbir çərçivəsində elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar keçiriləcək.

OXŞAR XƏBƏRLƏR