Bakıda DƏHŞƏT: Kişi qadına şiddət göstərdi, heç kim reaksiya vermədi - ANBAAN VİDEO
18:18 / 16.05.2021
3779
Bakının Nəsimi rayonunda kişi qadını zorla maşına mindirməyə cəhd edib.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Videonun paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi yaxınlığında qeydə alındığı iddia edilir.
Görüntülərdə kişi qadını maşına mindirir, lakin qadın avtomobildən düşərək qaçmağa başlayır və yıxılır. Qadının qaçdığını görən kişi onun arxasınca gedərək onu yenidən maşına minməyə məcbur edib. Ətrafda olan insanlardan isə bir xanımdan başqa heç kim baş verənlərə reaksiya verməyib.